Əgər Ermənistan indiki təhlükəsizlik şəraitində böyük iqtisadi artım əldə edirsə, o zaman biz təhlükəsizlik məsələlərini həll edəndə ölkəmiz hansı sürətlə inkişaf edəcək, təsəvvür edə bilərsinizmi?
BUTA.TV xəbər verir ki, bu sözləri Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışı zamanı deyib.
Paşinyan iddia edib ki, Ermənistan sürətlə inkişaf edir və “təhlükəsizlik mühitindəki hərəkətlər” (11 apreldə Laçın istiqamətində erməni təxribatı nəzərdə tutulur - red.) həm də ölkənin inkişaf dinamikasını “pozmağa yönəlib”.
O bildirib ki, buna baxmayaraq, ölkənin inkişafına diqqət yetirməliyik:
“Çünki bu gündəm olmadan biz öz təhlükəsizlik problemlərimizi həll edə bilməyəcəyik. Dünən bir hadisə oldu, qurbanlarımız oldu. Bizim strateji vəzifəmiz birgəyaşayış formulunu tapmaqdır, başqa variant yoxdur. Heç bir hadisə bizim strateji missiyamızı dəyişdirmir”.
- Bu otelin fəaliyyəti qismən məhdudlaşdırıldı - Video
- Prezident bu ölkələrə səfir təyin etdi
- Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə saxlanıldı
- Nazir direktoru işdən çıxardı - Yeni təyinat
- Daha bir avtobus yenilənir: Gediş haqqı...
- Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir
- Prezident fərman imzaladı