Rusiya ilə yaxın münasibətləri olan Ermənistanın dinc əhaliyə, əsirlərə qarşı vəhşicəsinə davrandıqlarının şahidi oluruq. Onlar hazırda beynəlxalq hüquq normalarına, “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasına qarşı laqeydlik nümayiş etdirirlər.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fyodor Venislavski bildirib.
"Hesab edirəm ki, cinayət əməlləri törədən və bu barədə əmrlər verənlərə qarşı dünya ictimaiyyətinin yeganə düzgün münasibəti sanksiyaların sərtləşdirilməsidir. Fikrimcə, yalnız beynəlxalq ictimaiyyətin, təşkilatların, ayrı-ayrı ölkələrin çox sərt reaksiyası bu hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını ala bilər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin gedişatı ilə bağlı danışmaqda çətinlik çəkirəm. Amma bir şey dəqiqdir ki, Ermənistan razılaşmaya əməl etməlidir. Əgər sülhə doğru razılaşma varsa, ona riayət olunmaldır", - o, əlavə edib.
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?