Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.
Diplomat Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələrdən, erməni əsilli əhalinin reinteqrasiyası prosesindən bəhs edib.
Azərbaycan tərəfindən atılan müsbət addımların fonunda Ermənistanın əksinə vəziyyəti gərginləşdirməkdə davam etdiyini bildirən nazir müavini qarşı tərəfin müxtəlif təxribat xarakterli hərəkətlərdən istifadə etməklə Azərbaycanın və bütövlükdə beynəlxalq ictimaiyyətin iki ölkə arasında sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl səylərini sarsıtmaq cəhdlərindən söz açıb.
Bu xüsusda, nazir müavini aprelin 11-də Ermənistanın Gorus rayonunun Dığ kəndi istiqamətindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olduğunu və yaralandığını bildirib.
Nazir müavini beynəlxalq ictimaiyyətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda Ermənistanın bu kimi təxribatlarının sülh prosesində maraqlı olmadığının bariz nümunəsi olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu
- Füzulinin mərkəzində neçə ailə yaşayır?
- Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?