Gəncə şəhər sakini A.Abbasəliyeva həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyi üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə küçədə kəsici alətlə özünə xəsarət yetirib.
BUTA.TV xəbər verir ki, bunu Daxili İşlər Nazirlyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib:
“Həyat yoldaşı oğurluqda şübhəli bilinərək saxlanılıb. Buna etiraz olaraq qadın bıçaqla özünə dərinə keçməyən bir neçə kəsik xəsarət yetirib. Ona tibbi yardım göstərilib, səhhəti normaldır. Vətəndaşla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb”.
Qeyd edək ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin qarşısında qeydə alınıb.
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olundu