İsraildə məhkəmə islahatının baş verəcəyi təqdirdə İsrail və ABŞ arasında münasibətlər heç bir dəyişikliyə məruz qalmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə NBC telekanalına müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Xeyr, mən belə düşünmürəm", - deyə Netanyahu jurnalistin müvafiq sualına cavabında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden İsrailin böyük dostudur.
"Dostlar arasında bəzən fikir ayrılıqları ola bilər, amma mən ona dedim ki, (məhkəmə islahatı ilə bağlı - red.) mümkün olan ən yüksək konsensusa nail olmaq üçün çalışıram", - deyə Netanyahu bildirib.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...