"Məni satan insanı bir daha qəbul etmərəm.
Yalançılığa satmaq deyirəm. Keçmiş həyat yoldaşım mənə yalan danışdı.
Onun o yalanının nə olduğu haqda danışmaq istəmirəm, amma onunla münasiblərimi kəsib atdım. Bu qərara beş il ərzində gəldim. Qərar verdiyim andan etibarən hər şey bitdi". Bu sözləri müğənni Roza Zərgərli "Təsir dairəsi" verilişində deyib. Keçmiş həyat yoldaşından danışan sənətçi 18 ildən sonra ayrılmasının səbəbini açıqlayıb: "Deyirlər ki, müğənnilər, sənət adamlarının müqəddəs heç nəyi yoxdur. Onlar gördüyünü sevirlər, gördükləri ilə yaşayırlar, ailə dağıdırlar. Bunlar hamısı mifdir. Çünki hər bir insan buna qadirdir. Sənət adamı sadəcə üzdə olduğu üçün bu kimi şeylər onlara daha çox şamil olunur. Bir sənət adamının yaşadığı insanı aldatmaq üçün heç nə lazım deyil. 18 illik evlilik həyatımda heç bir yanlış hərəkətim və addımım olmayıb. Hər 10 nəfərdən 3-4-ü mənə aşiq olub və mən bunun qarşısını almışam. Çünki sadiq Azərbaycan xanımıyam. Amma məni həyat yoldaşım dəfələrlə aldadıb. Elə insanı isə heç zaman bağışlamaram".
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...