Tehran sanksiyalardan əvvəl çoxlu “Airbus” və “Boinq”lər almışdı. Onlara xidmət göstərmək üçün baza yaratmağa məcbur oldu. Rusiyada isə Amerika və Avropa istehsalı olan təyyarələrə texniki xidmət göstərən baza yoxdur.
Bu sözləri BUTA.TV-a rusiyalı siyasi şərhçi Sergey Markov Rusiyanın təmir üçün İrana göndərdiyi təyyarələr haqqında danışarkən deyib.
O, sanksiyaların Rusiya və İranı birgə əməkdaşlığa məcbur etdiyini qeyd edib:
“Rusiyada “Airbus” və “Boinq”lərin təmir bazası yoxdur. Sanksiyalara görə texniki servis etmirlər. Odur ki, İranda fəaliyyət göstərən təmir bazasından istifadə etmək daha əlverişlidir. İranda belə bir imkan varsa, Rusiyanın özündə servis bazasını yaratmaq nəyə lazımdır? Ola bilsin, gələcəkdə Rusiya İran təcrübəsindən istifadə edib, öz təmir bazasını yaratsın, çünki Rusiyada yüzlərlə belə təyyarə var”.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...