Ölkə ərazisində havaların soyuması ilə istilik mövsümünün uzadılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, bir müddət əvvəl Azəristiliktəchizat ASC istilik mövsümünün 1 ay uzadılması – yəni 1 noyabrdan 1 maya qədər davam etməsini təklif etmişdi.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında Azəristiliktəchizat ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı deyib ki, bu təklif bir müddət öncə irəli sürülüb.
“Biz də Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə araşdırmaların aparılması ilə bağlı müraciətlər etmişik”, - Basqallı bildirib.
E.Basqallı xatırladıb ki, istilik mövsümünün vaxtının dəyişdirilməsi asan proses deyil və əlavə enerji resursları, işçi heyəti və maliyyə vəsaitləri tələb edir:
“Hazırda bu məsələ müzakirə mərhələsindədir. Söhbət elə bir mexanizmdən gedir ki, mövsümün başlanması və bitməsi hansısa bir tarixlərə yox, havanın temperaturundan asılı olaraq müəyyən edilsin”.
O qeyd edib ki, razılıq olsa belə, bu, növbəti mövsümdən tətbiq olunacaq:
“Hazırkı istilik mövsümü 15 apreldə başa çatıb və onun uzadılması müzakirə edilmir”.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...