Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz:
"Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repititorluğun tərifini düzgün vermirik. Repititorluq yalnız tənzimlənə bilər. Yəni, repititorluq harda baş verə bilər, kim kimə repititorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repititorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək".
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...