Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
BUTA.TV xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.
Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...