Daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədovun Rusiyanın Sankt-Peterburq şəhərindəki “M-1 Arena” idman kompleksində aprelin 25-nə planlaşdırılan konserti ləğv edilib.
BUTA.TV-ın Oxu.az-a istinadən məlumatına görə, konsertin ləğvi ilə bağlı göstəriş onun keçirildiyi məkanın rəhbərliyindən gəlib.
Musiqiçinin çıxışının ləğvi sosial şəbəkələrdə etirazlarla əlaqələndirilir. İstifadəçilər Rusiyanın işğalı başlayandan sonra Ukraynaya açıq dəstək verən Jah Khalibin konsertlərini ləğv etməyə çağırıblar.
O, sosial şəbəkə hesablarında “İndi mən sizi nəinki sevirəm, həm də sizə heyranam” sözləri ilə Ukrayna xalqına dəstək olub.
Qeyd edək ki, Azərbaycan əsilli ifaçı Qazaxıstanda fəaliyyət göstərir.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...