Ermənistan və Rusiya qarşılıqlı ticarət çərçivəsində hesablaşmalar apararkən rubla tam keçə bilərlər, lakin bu, müəyyən vaxt və səylər tələb edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan “Daşnaksütyun” partiyasnın İqtisadi Araşdırmalar Bürosunun rəhbəri Suren Parsyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dollardan imtina və onun Ermənistan iqtisadiyyatına mümkün təsiri ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Uzun illər Ermənistan tərəfi qaz alışı üçün rubl sxemi təklif edirdi, lakin Rusiya tərəfi ödənişləri dollarla həyata keçirməyə üstünlük verdi. Bizim qaz tədarükü müqaviləsində "165 ABŞ dolları + kalorili məzmun” yazılıb ki, bu da rubl ekvivalentində 175 dollardır. Yəni, biz dollarla müqavilənin əsasını qoymuşuq və ekvivalent məbləği rublla ödəmişik”, - deyə Parsyan bildirib.
Parsyan qeyd edib ki, dünya ticarətində dollardan imtina tendensiyası yeni deyil və hələ Rusiya-Ukrayna münaqişəsindən əvvəl başlayıb.
- Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
- Ev tikmək istəyənlərin nəzərinə - Video
- Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək
- Milli Məclisin adı səhvdir - Rafael Hüseynov
- Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır
- Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
- Təxminən 70 il sonra bu dəmiryol sahəsi təmir olundu
- Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı...