Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Meyl” (Daily Mail) nəşrində işə başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Nəşrin mənbəsi bildirib ki, Conson hər həftə rubrika aparacaq.
“Deyli Meyl” nəşri də ana səhifəsində şənbə günündən etibarən “yeni, kifayət qədər dərin təhlilçi”nin yazılarının dərc ediləcəyini və onun məqalələrinin “Vestminsterdə mütləq oxunacağını” anons edib.
Bildirilib ki, Conson köşə yazıları üçün “altırəqəmli məbləğ” alacaq.
Qeyd edək ki, Conson 2019-cu ildə “Deyli Teleqraf”dan (The Daily Telegraph) ayrılmışdı.
- Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?
- Şəkidə 64 yaşlı kişi faciəvi şəkildə öldü
- Sabirabadda 14 kq narkotik aşkarlandı, 25 yaşlı qadın tutuldu
- Ağdama daha 90 ailə yola salındı
- Tiktok istifadəçilərinin nəzərinə: 2 min cərimə, 2 ay həbs...
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...