Co Bayden administrasiyası və NATO-nun digər ölkələri bu il Ukraynada müharibəyə son qoymaq təkliflərimi eşitmədilər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri, professor Maykl Makfol deyib.
"Mən qələbəni təmin edəcək bütün silahların göndərilməsini istədim. Onlar başqa cür qərar verdilər. Bu, mənim deyil, onların qərarıdır", - o bildirib.
Diplomat əlavə edib ki, analitiklər ötən ilin payızında Xarkov və Xerson vilayətlərində Ukraynanın uğurunu gözləmirdilər:
"Bundan sonra nə olacağını bilmirəm, amma düşünürəm ki, ukraynalılar həmişə onlardan gözlədiyimizdən daha çox şey ediblər".
O, müharibənin əslində nə qədər davam edəcəyini bilmədiyini, lakin Rusiya Prezidenti Vladimir Putinin "vaxta oynadığını" qeyd edib:
"Putin ABŞ-da prezident seçkilərinə qədər vaxta oynayır və o zaman (ABŞ-ın başı seçkilərə qarışanda - red.) müharibədə qalib gələ biləcək".
- "Azercell" tariflərini yenilədi: qiymətlər dəyişdi
- “Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
- Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir
- FHN növbəti şərti yanğın təlimi keçirdi - Video
- Yeni sədrdən tapşırıq: Qohumlar bir yerdə işləyə bilməyəcək
- İranı satmaqda ittiham olunan Qaani danışdı
- “İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
- Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?