İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “Yerusalim Post” qəzeti İsrail Prezidenti İshaq Hersoqun mayın 30-da Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, məqalədə mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalçanın Hersoqun öz şəxsi otağını bəzədiyi qeyd olunub.
“Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya baxmaq imkanı əldə edəcəklər”, - məqalədə bildirilib.
- "Azercell" tariflərini yenilədi: qiymətlər dəyişdi
- “Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
- Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir
- FHN növbəti şərti yanğın təlimi keçirdi - Video
- Yeni sədrdən tapşırıq: Qohumlar bir yerdə işləyə bilməyəcək
- İranı satmaqda ittiham olunan Qaani danışdı
- “İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
- Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?