“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.
Fərmanda qeyd olunur: “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 (dörd) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavinindən, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılır.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinə cari rəhbərliyi “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 (iki) müavini var.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, tabeliyində olan səhiyyə müəssisələrinin göstərdiyi xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə həvalə edilir.
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto
- "Elmin" şadlıq sarayı fəaliyyətini dayandırdı - Video
- "Dövlət işçisi" adı ilə vətəndaşları aldadan qadın... - Foto
- Dünya qəbulu asanlaşdırır, DİM-in imtahanı isə... - Çağırış
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır