Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranıda yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın dam örtüyünə və restoran binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın üzlüyü 3m² sahədə yanıb, restoran binası yanğından mühafizə olunub. Restoranda olan 260 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Xəsarət alan yoxdur.
- "Azəriqaz"ın baş direktoru Ağstafada sakinlərlə görüşəcək
- 7 illik prezidentliyinin dörd ilində ancaq vuruşdu...
- İçərişəhərdə "Ağıllı qoruq" konsepsiyası tətbiq ediləcək
- "Bakcell"in dəstəyi ilə "SummerStack Bootcamp" başlayır
- Saleh Səmədov nə qədər pul mənimsəyib?
- Hacıyevdən Horadiz-Ağbənd yolu ilə bağlı açıqlama
- Saleh Səmədov 200 min manat mənimsəyibmiş
- Böyük planlarınız üçün böyük kredit – “Expressbank”da