Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının mədəniyyət naziri Məhmət Nuri Ersoyla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüşdə türkiyəli nazirə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada il ərzində həyata keçirilmiş beynəlxalq mədəniyyət tədbirləri, bu tədbirlərin türk dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığına verdiyi töhfə xüsusi qeyd olunub.
Görüşdə Azərbaycanın ən gözəl bölgələrindən olan Şuşada turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Turizm infrastrukturunun genişlənləndirilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması mövzusuna toxunulub və Türkiyənin uğurlu turizm təcrübəsinin tətbiq olunması imkanları müzakirə olunub.
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış
- Xudavəng monastırının yeni görüntüləri - Video
- Zakir Fərəcov sakinləri qəbul etdi - Foto
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı