Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Azərbaycanı hədələyən bəyanatla çıxış edib.
BUTA.TV xəbər verir ki, Ohanyan özünün Feysbuk səhifəsində yaydığı bəyanata erməni ordusunu tərifləməklə başlayıb, hətta məğlubedilməz adlandırıb.
Ohanyan bəyanatının sonunda Azərbaycanı hədələməkdən çəkinməyib:
“Bu gün keçdiyiniz əsl qəhrəmanlıq və şərəfli yolu aşağılamağa çalışsalar da, gələcəkdə sizin üçün nə qədər çətin olsa belə, əminəm ki, siz xalqla birlikdə ayaq üstə dayanıb, döyüş tapşırığını yerinə yetirməyə hazır olacaqsınız. Şübhə etməsinlər ki, düşmən bizim zərbəmizin gücünü yenə görəcək”.
Qeyd edək ki, bu gün Ermənistan ordusunun yaranma günüdür.
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi