Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə Aktau Hava Limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir, mütəxəssislərin işi son mərhələdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında deyib.
“İşlər son mərhələdədir, yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərin işlərini başa çatdırması üçün vaxt lazımdır, çox incə və əziyyətli işdir”, - o bildirib.
O qeyd edib ki, araşdırma işlərində Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edir.
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir