Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan hazırda 54 ortagəlirli ölkələr sırasındadır:
“Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto