2022-ci ilin mart ayından 2024-cü ilədək ümumilikdə 1 milyon 897 min 588 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, 2022-ci il ərzində Rusiyadan 446 min 712 nəfər, Ukraynadan isə 27 min 741 nəfər ölkəyə daxil olub.
2023-cü ildə isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.
Ötən ildə isə 730 min 971 nəfər Rusiya, 36 min 144 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto