ABŞ Prezidenti Tramp Ukrayna və Avropanın başı üzərindən Rusiya lideri Putinlə hansısa razılaşma əldə etsə belə, bu razılaşma işləməyəcək.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Elxan Şahinoğlu Tramp-Putin danışıqları və Ukraynada sülh əldə edilməsi gözləntiləri haqda danışarkən deyib.
Politoloq bildirib ki, atəşkəs olsa belə, Rusiyanın Ukraynaya qarşı hücuma keçməyəcəyi ilə bağlı təminat yoxdur:
“Çünki Rusiya saziş və hüquqi sənədlərlə onsuz da hesablaşmır. Əgər hesablaşsaydı, 1994-cü ildə Budapeştdə imzaladığı sazişə riayət edib, Krımı ilhaq etməzdi.
Tramp razılaşdırdığı sülhü Kiyevin qəbul etməyəcəyi halda Ukraynadan dəstəyini çəkə bilər. Bu zaman həm dəstək, həm də hərbi texnika və maliyyə ilə təminetmə baxımından məsuliyyət Avropanın üzərinə düşəcək.
Ona görə hesab edirəm ki, Ukrayna ilə bağlı razılaşma əldə olunmayacaq. Atəşkəslə bağlı müvəqqəti sənəd imzalana bilər, amma münaqişənin həlli mümkün deyil. Çünki Rusiya ərazilərin işğalından vaz keçmir. Ukrayna isə ərazilərini geri istəyir”.
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı
- Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto
- DİN bu əməliyyatın görüntülərini yaydı - Video