Siyasətdə oxşar yanaşmalar olduğu üçün Azərbaycan hakimiyyəti üçün Tramp administrasiyası ilə işləmək xeyli asandır. Tramp konstruktivliyə və iqtisadi mənfəətə diqqət yetirir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç Rusiya ilə ABŞ arasında münasibətlərin potensial yaxşılaşması və bunun Cənubi Qafqaz regionuna necə təsir edə biləcəyini şərh edərkən deyib.
“Trampı ideoloji məsələlər maraqlandırmır. Eyni sözləri Azərbaycan Prezidenti İlham Əliyev haqqında da demək olar. Hər iki lider ilk növbədə öz ölkələrinin maraqlarını həyata keçirməyə yönəlmiş güclü dövlət xadimidir. Onlar öz xarici siyasətini buna əsasən qururlar. Buna görə də ortaq dil tapmaq onlar üçün çox asan olacaq. Üstəlik, Bayden dövründə Bakı ilə Vaşinqton arasında neqativlik ABŞ-ın Ermənistana fəal dəstəyi fonunda güclənib. Bu, təbii ki, Azərbaycanda diqqətdən kənarda qala bilməzdi. Tramp həmçinin Ermənistana aktiv “yardım” göstərən USAİD kimi ideoloji strukturu da ləğv etdi. Bu addım ABŞ-Azərbaycan münasibətlərində olan əlavə qıcıqlandırıcı amilləri aradan qaldırmağa kömək edir”, - o bildirib.
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı
- Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto
- DİN bu əməliyyatın görüntülərini yaydı - Video