Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
BUTA.TV xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) X-dəki hesabında Xocalı rayonunun Ulubaba kəndi ərazisində mina partlayışı ilə paylaşımında yer alıb.
Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.
Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur.
Böyük neqativ humanitar təsiri və davamlı minalarla çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq, Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir.
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı
- Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto
- DİN bu əməliyyatın görüntülərini yaydı - Video