Ötən gün Göyçayda 6 uşaq anası - 1982-ci il təvəllüdlü Gülnarə Səmədova yaşadığı evin həyətində özünü asaraq intihar edib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə Göyçayın İnçə kəndində qeydə alınıb. Göyçay rayonu İnçə kənd bələdiyyəsinin sədri Namiq Baxışov hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirib:
“Qadın İsmayıllının kəndindəndir. Hadisə ailə münəqişəsi zəminində olub. Əri Gülnarənin işləməyini istəməyib. Onların altı uşağı var. Uşaqlarının böyüyü məktəbi bitib, o birilər isə məktəblidirlər.
Əri deyib ki, müavinət alırsan, bəsdir, işləmə. Əri özü mal-qara otarmaqla məşğuldur. Qadın da kənd camaatı ilə qonşu kəndlərdə torpaqda işləməyə, fəhləliyə gedirmiş ki, əlavə pul qazansın. Əri bundan narazı olub, qadın isə getməkdə israr edib. Bunun üstündə mübahisə ediblər, kişi çıxıb gedib, qayıdanda da görüb ki, qadın özünü asıb. Anası və qardaşı mərhumun nəşini aparıblar İsmayıllıya, öz kəndlərində dəfn ediblər".
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü