İmişli rayonunda bədbəxt hadisə baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub.
TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib.
1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, yaralı ailə başçısı Vaqif Azadovdur.
Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü