Ermənistanın nümayəndə heyəti erməni əsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir.
BUTA.TV xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
“1954-cü il təvəllüdlü, erməni əsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir”, - o bildirib.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü