Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasında dərhal sonra göstərilən operativ yardıma görə Qazaxıstan dövlətinə və xalqına təşəkkür edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.
"Sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra aktarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə və bütün qazax xalqına təşəkkür edirəm", - o bildirib.
XİN başçısı əlavə edib ki, Azərbayxan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmini münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü