Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası baş tutub.
BUTA.TV xəbər verir ki, məhkəmə zamanı diqqətçəkən məqamlardan biri Vardanyanın dəyişmiş imici olub. Məhkəmədən yayılan görüntülərdə onun daha səliqəli saç düzümünə malik olduğu və saqqalını qırxdığı görünür.
Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə saxlanılıb və hazırda ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə prosesi davam edir.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü