Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib.
Qebreyesus açılış mərasimində qlobal səhiyyə problemləri və beynəlxalq əməkdaşlığın vacibliyi ilə bağlı çıxış edəcək.
Martın 13-də o, Çoxqütblü Dünyada Multilateralizmin Yenidən Düşünülməsi mövzusunda keçiriləcək yüksək səviyyəli panel müzakirəsinə qatılaraq qlobal səhiyyə idarəçiliyi ilə bağlı öz fikirlərini iştirakçılarla paylaşacaq.
Səfər çərçivəsində Qebreyesusun hökumət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirməsi də gözlənilir.
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü