Qarabağa silah-sursat Ermənistan Respublikasından gətirilirdi.
BUTA.TV xəbər verir ki, bunu martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamını müdafiə edən prokurorlarln suallarını cavablandırarkən bildirib.
O, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualı da cavablandırıb:
“Dağlıq Qarabağ”ın “büdcə”sində və “ordusu”nda bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan “kreditlərə” aidiyyəti yox idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü
- Ödənişli yolla bağlı bu qanun 3-cü oxunuşdan keçdi
- Bu gənc xanıma nazirlikdə yüksək vəzifə verildi