11:00
Bakı ilə sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müzakirə olunmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərin Ermənistan hakimiyyətinin niyə sənədin mətnini dərc etməməsi ilə bağlı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, ictimai müzakirələr zamanı cəmiyyət artıq müqavilənin məzmunu ilə bağlı ətraflı məlumat alıb:
“Mən başa düşürəm ki, sazişə ictimai maraq var. Lakin hələlik vaxt və məkanla (imzalanma üçün - red.) bağlı razılığın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq”.
O bildirib ki, bu, vəziyyətə diplomatik yanaşmadır.
Qriqoryan qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. Bununla belə, onun fikrincə, hansısa “balanslaşdırılmış” variantı seçmək məntiqli olardı.
Xatırladaq ki, 13 martda Azərbaycan XİN başçısı Ceyhun Bayramov Ermənistanın sülh sazişindəki iki bəndlə bağlı Azərbaycanın təklifini qəbul etdiyini və saziş mətninin artıq razılaşdırıldığını bildirib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA