“Dünya Xoşbəxtlik Hesabatı” 2024-cü il üçün dünya ölkələrinin reytinqini dərc edib.
BUTA.TV xəbər verir ki, ən xoşbəxt ölkə Finlandiya seçilib. İlk üçlüyü digər Skandinaviya ölkələri – Danimarka və İslandiya tamamlayıb. İlk onluqda isə İsveç, Niderland, Kosta-Rika, Norveç, İsrail, Lüksemburq və Meksika qərarlaşıb.
ABŞ 24-cü, Rusiya 72-ci, Ukrayna isə 105-ci yerdə göstərilib.
Reytinqdə ən təəccüblü yerlərdən biri Azərbaycana məxsusdur. Azərbaycan siyahıda hətta Ukraynadan sonra – 106-cı göstərilib. Ukraynada müharibə getdiyini və ölkənin 20%-dən çoxunun işğal, şəhərlərinin darmadağın, əhalisinin ən azı 1/4-nin Avropa ölkələrinə qaçdığını, yüz minlərlə ölənlərin olduğunu nəzərə alsaq, bu ölkənin Azərbaycandan “daha xoşbəxt” göstərilməsi düşündürücüdür.
Qeyd edək ki, Türkiyəyə siyahıda 94-cü, İrana 99-cu, Gürcüstana 91-ci, Ermənistana isə 87-ci yer verilib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA