Ötən ilin noyabrında Astarada altı uşaq atası olan 44 yaşlı Nazim Baxşiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsə hökm oxunub.
BUTA TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyman Ruşanova üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi və bundan sonra bir il altı ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması da hökmdə qeyd edilib.
Qeyd edək ki, Nazim Baxşiyev altı uşaq atası olub. Fəhləlik edərək ailəsini dolandıran Nazimin həyat yoldaşı dörd il bundan əvvəl xəstəlik səbəbindən vəfat edib. Məktəbli və azyaşlı uşaqlarına isə N.Baxşiyev özü tək baxırmış.
Məhkəmədə N.Baxşiyevin böyük oğlu onun hüquqi varisi kimi tanınıb. Mərhumun oğlu sürücüdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA