Azərbaycan Ordusunun Qarabağda bir günlük anti-terror əməliyyatından sonra erməni separatçıların bir neçə nümayəndəsi Yevlaxda danışıqlara gəlmişdilər. Onlardan biri David Melkumyan bu gün İrəvanda verdiyi açıqlamada Yevlaxdakı görüşdə Azərbaycan nümayəndələrinin onlara təkliflər verdiyini bildirib. Təkliflərin mahiyyət haqqında məlumat verməyən Melkumyan “Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşamaq istəmədi” cümləsini işlədib. Bu o deməkdir ki, ermənilərə Azərbaycan qanunları əsasında Qarabağda yaşamaq təklifi verilib, ermənilər isə bundan imtina edərək bölgəni tərk etməyə qərar veriblər.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Əslində Melkumyanın açıqlaması Ermənistan müxalifətinin “ermənilər Qarabağa qayıtmalıdırlar” şüarının mənasız olduğunu bir daha ortaya qoyub. Qarabağ erməniləri açıq deyiblər ki, onlar azərbaycanlılarla birgə yaşamaq istəmirlər”, - o vurğulayıb.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA