2024-cü il ərzində Ermənistan-Azərbaycan sərhədində vəziyyət ümumilikdə nisbətən sabit qalıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan müdafiə naziri Suren Papikyan parlamentdə çıxışında deyib.
Onun sözlərinə görə, bu il Ermənistan ordusunda genişmiqyaslı və köklü islahatlara başlanılıb. Ordunun transformasiyası konsepsiyası hazırlanıb və təsdiq edilib.
“Müdafiə sektorunda da silah və hərbi texnikanın modernləşdirilməsi prosesi davam etdirilib. Bu məqsədlə müxtəlif yerli və beynəlxalq şirkətlərlə müqavilələr bağlanıb, mühəndislik işləri davam etdirilib, daimi yerlərdə tikinti və abadlıq işləri aparılıb”, - o vurğulayıb.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA