Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.
BUTA.TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.
Öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.
Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda "Yeddi Gümbəz" qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün O.Hacıyev azadlıqda olub.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA