Mən "Real"da oynamaq və bu komandanın bir hissəsi olmaq üçün gəldim. Buna nail olana qədər mübarizəmi dayandırmayacağam.
BUTA.TV xəbər verir ki, bu barədə “Marca” nəşrinə Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər yeni mövsümdə İtaliya “İnter”inə transfer olunacağı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. O qeyd edib ki, “Real” azarkeşlərini sevir və onların dəstəyi onun üçün çox vacibdir:
“Real Madrid” mənə bir plan verdi və mən hələ də buna inanıram. Əminəm ki, “Real”da uğur qazanacağam. Hətta Madriddə ev də almışam. Mən çox çalışıram və Macarıstan matçında gördüyünüz kimi oynamağa həmişə hazıram”.
Qeyd edək ki, A.Gülər bu mövsüm 30 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA