Bakının Sabunçu rayonunun ərazisində, Balaxanı-Binəqədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hərəkətdə olan "Rance Rover" avtomobil alışıb və tamamilə yanıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən BUTA.TV-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"FHN-in 112 qaynar telefon xəttinə Abşeron rayonu Məmmədli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində avtomobildə baş vermiş yanğı söndürülüb. Hadisə nəticəsində avtomobilin yanar hissələri tamamilə yanıb, yol kənarında yerləşən kommunikasiya xətləri isə yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq