Avropa ölkələri ilə müqayisədə Azərbaycana tətbiq edilən tariflər ən aşağı tariflərdir. Hətta belə deyək ki, Azərbaycana daha dostyana yanaşılıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ Prezidenti Donald Trampın Azərbaycan üçün 10 faizlik gömrük rüsumu müəyyən etməsi ilə bağl danışarkən deyib.
“Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, təəssüf ki, o qədər də böyük deyil. Azərbaycanın ABŞ-a ixracatı çox aşağı səviyyədədir. ABŞ Azərbaycanın ticarət tərəfdaşları siyahısında ilk 15-likdə də yer almır. Buna görə də bu sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq”, - o bildirib.
N.Cəfərli qeyd edib ki, burada diqqətçəkici məqam ABŞ-ın Azərbaycana yanaşmasının daha yumşaq olmasıdır:
“Bu da Tramp administrasiyasının gələcəkdə Azərbaycanla yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu sübut edir”.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq