İran və Ermənistanın Norduz sərhədində birgə hərbi manevr keçirməsi İranın öz sərhədlərini müdafiə etməkdə ciddiliyini nümayiş etdirir. İran öz qırmızı xətlərini müdafiə etməkdə, yəni Cənubi Qafqazda İran-Ermənistan sərhədini saxlamaqda kifayət qədər ciddidir.
BUTA.TV xəbər verir ki, bunu antiazərbaycan mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhedian 9-10 apreldə keçirilən Ermənistan-İran hərbi təlimləri haqda deyib.
“İsrail və Britaniya Zəngəzur dəhlizini açmaq üçün İran-Ermənistan sərhədini kəsmək fikrindədir. İrana qonşu olan bəzi dövlətlər İranla Ermənistan arasında sərhədi kəsməyə çalışır və ya bu barədə düşünürlərsə, Tehran buna imkan verməyəcək”, - o əlavə edib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq