Müharibə olacağı təqdirdə Ermənistan vətəndaşlarının 21.9 faizi ailələrini götürüb xaricə qaçacaq.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, bu nəticə APAP Sivilizasiya Araşdırmaları Fondunun Ermənistan əhalisi arasında keçirdiyi rəy sorğusunda qeydə alınıb.
Rəyi soruşulanların 9.8 faizi cavab verib ki, müharibə olacağı təqdirdə ailələrini xaricə göndərib, özləri ölkədə qalıb döyüşəcəklər.
60.1 faiz isə cavab verib ki, özləri də ailələri ilə birlikdə ölkədə qalacaqlar.
Respondentlərin 4.3 faizi cavab verməyə çətinlik çəkib, 4.1 faizi isə mövzuya uyğun olmayan cavablar verib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq