Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Unqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioriteti olduğu vurğulanıb. Ötən dövr ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərin əldə edildiyi diqqətə çatdırılıb. Cari ilin yanvar ayından tətbiqinə başlanılan beşinci sosial islahat paketinin 3 milyon insanı əhatə etdiyi bildirilib.
Azərbaycanda əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə bəhs olunub.
Görüşdə Azərbaycan-BƏT tərəfdaşlığının gündəliyində duran məsələlər nəzərdən keçirilib, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq