İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb.
Tehranın vasitəçilik istəyinin iki hədəfi var.
Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;
İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək;
Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür.
Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır;
Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir;
Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması, dəyişməyib;
İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa Birliyi və ABŞ-ı da aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir;
Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər