Azərbaycan Silahlı Qüvvələrinin Komando Briqadası Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş Qələbə paradında möhtəşəm iştirakı ilə hər kəsi sevindirib.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. O, Bakıdan olan parad bölməsinin bu günü hər kəslə bölüşmək, özünün möhtəşəm iştirakı ilə onu tamamlamaq və faşizmə qarşı döyüşən veteranların, o cümlədən azərbaycanlıların xatirəsini ehtiramla yad etmək üçün Moskvaya gəldiyini vurğulayıb.
Diplomat qeyd edib: “Biz həqiqətən də şadıq ki, bu gün Azərbaycan vətəndaşları, Rusiyada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlılarla əcdadlarımızın tarixi xatirəsinə və şücaətinə hörmətimizdə həmrəyik”.
İkitərəfli əlaqələrdən danışan RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Bakı ilə qarşılıqlı fəaliyyətin əsasını 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir: “Öz tərəfimizdən ikitərəfli münasibətlər üzrə bu əsas sənədin bütün potensialının ardıcıl olaraq aşkara çıxarılmasına, qarşıya çıxan bütün məsələlərin birlikdə, yüksək səviyyədə, qarşılıqlı hörmət əsasında həllinə sadiqik. Hökumətlər və xarici siyasət qurumları arasında bir sıra yüksəksəviyyəli təmaslarımız mövcuddur”.
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir