Rusiya Prezidenti Vladimir Putin komanda üzvlərinə tapşırıb ki, ABŞ Prezidenti Donald Trampın ünvanına tənqidi fikirlər səsləndirilməsin. Halbuki, Rusiya rəsmiləri Cozef Bayden və onun administrasiya üzvlərinin ünvana demədikləri qalmamışdı.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, Tramp prezident seçildikdən və Putinin və Rusiyanın ünvanına xoş sözlər söylədikdən sonra Kreml sahibi və onun komanda üzvləri də ABŞ-a qarşı analoji münasibət sərgilədilər:
“Ancaq Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Trampı hövsələdən çıxardıb və o, Putini sərt sözlərlə tənqid edib. Hazırda Putin Trampın sərt sözlərinə necə cavab verəcəyi üzərində düşünür. Məsələ burasındadır ki, Putin Trampı tərifdən sərt tənqidə keçmək istəmir və ona görə də o, həmişəki kimi dostu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi qabağa verib. Medvedyev Trampın tənqidlərinə onun adını çəkmədən “Üçüncü Dünya müharibəsi mümkünlüyü” hədəsi ilə reaksiya verib. Bu hədəyə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq cavab verib. O, Dmitri Medvedyevin Üçüncü Dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri yumşaq şəkildə “uğursuz” və “məsuliyyətsiz” adlandırıb. “Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz” deyən Ağ Ev rəsmisi Donald Trampın bu müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışdığını xatırladıb.
Yəni Ağ Ev rəsmisi demək istəyib ki, Tramp Rusiya üçün şansdır və Kreml bu şansı dəyərləndirmək əvəzinə işğalçı müharibəni davam etdirməklə iki böyük ölkə arasında münasibətləri yenidən gərginləşdirəcək. Putin həm işğalçı müharibəni davam etdirmək, həm də Trampla dostluq etmək istəyir. İkisi bir arada mümkün deyil, Putin bunlardan birini seçməlidir”.
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video
- "Rüzgar"ın anası oğlunun qatilini bağışladı
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi