Bu gün səhər saatlarından 20 nəfərə yaxın Ukrayna vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
BUTA.TV xəbər verir ki, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədinin buraxılış məntəqəsindən keçən əcnəbi vətəndaşlar sərhədçilərin müşayiəti ilə qarşılanır.
Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə gözləyən həkim briqadası tərəfindən ilkin yardım göstərilir.
Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan ABŞ və digər ölkə vətəndaşları, eləcə də 20-ə yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olublar.
Onların bildirdiyinə görə, səhər olmasına baxmayaraq, İran tərəfdə hələ ki, keçidi gözləyən insanlar çoxdur.
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək