Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam təxminən 4 il əvvəl elə Rusiyada həmvətənimizə qarşı daha bir polis vəhşiliyini yada salıb.
BUTA.TV xəbər verir ki, 2021-cil il mayın 28-də Novosibirsk vilayətinin Moskovski rayonunda avtomobillə bağlı kiçik insident zamanı rus polisi əsassız yerə 19 yaşlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vəkil Abdullayevi başından güllələyib öldürmüşdü.
Abdullayevin ölümündən sonra Rusiya məhkəməsi həmin polis əməkdaşının 2 ay, yəni istintaq müddətində həbsi barədə qərar qəbul etdi. Lakin polisin həbsindən 4 gün sonra Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tələbi ilə o, azad edildi. Bastrıkinin tələbi həm qətl edilən gəncin ailəsinin, həm də Azərbaycan cəmiyyətinin etirazına baxmayaraq, polisin məsuliyyətdən yayınması ilə nəticələndi. Abdullayevi əsassız şəkildə güllələyən polis əməkdaşı hələ də məsuliyyətə cəlb edilməyib və məhkəmə qarşısına çıxarılmayıb.
Rusiya hakimiyyətinin 4 il əvvəlki addımı cinayət törətmiş polislərin necə “məsuliyyətə” cəlb olunduğuna nümunədir və Yekaterinburqda azərbaycanlıları qətl edən “omonçu”ların da cəzasız qalacağını deməyə əsas verir.
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...