Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasını “son dərəcə emosional reaksiya” adlandırıb və onların yaxın vaxtlarda azad ediləcəyinə ümid etdiyini bildirib.
BUTA.TV interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib:"Əlbəttə, jurnalistlərimizin saxlanması ilə bağlı məlumatı diqqətlə izləyirik. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə onların azadlığa buraxılmasını təmin edə biləcəyik". Peskov vurğulayıb ki, “söhbət konkret olaraq jurnalistlərdən gedir”.
“KİV nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara və təbii ki, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə uyğun gəlmir”.
Kreml sözçüsü əlavə edib: “Ümid edirik ki, bu hədsiz emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavab veriləcək”.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı